Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nardarandakı Rəhimə xanım ziyarətgahı fəaliyyətini davam etdirir (FOTO)

Nardarandakı Rəhimə xanım ziyarətgahı fəaliyyətini davam etdirir (FOTO)

Nardaranda yerləşən Rəhimə xanım ziyarətgahı hazırda fəaliyyətini davam etdirir və qəsəbə sakinlərinin ziyarətgaha girişi məhdudlaşdırılmayıb. Ziyarətgahın işçiləri, qəsəbə dindarları istədikləri vaxt ziyarətgaha maneəsiz daxil ola bilirlər.
Bunu Trend-ə ziyarətgahın işçiləri bildiriblər: “Ziyarətgaha normal gəlib-gedirik. Qəsəbə sakinləri ziyarətgahı ziyarət edə bilirlər. Onların ziyarətgaha gəliş-gedişinə maneə yoxdur. Ziyarətgaha hazırda kənardan ziyarətçilər gəlmir. Bu isə qəsəbədəki son olayla bağlıdır”.
Sakinlər bildirirlər ki, ziyarətgah fəaliyyət göstərir və Hacı Musa Qasımov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən buranın axundu təyin olunub. M,Qasımov da qəsəbə sakinidir.
Məlum olaylardan sonra qəsəbədə olduğu kimi, ziyarətgahda da təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda nəinki ziyarətgaha, qəsəbəyə də daxil olan kənar şəxslər təhlükəsizlik baxımından ciddi yoxlanıldıqdan sonra əraziyə buraxılırlar.
Ziyarətgahın işçiləri deyiblər ki, hazırda yalnız ziyarətgahda yerləşən “Hüseyniyyə” adlı ibadət yerinə gediş-gəliş yoxdur. Onların sözlərinə görə, əvvəllər ziyarətgaha gələnlər “Hüseyniyyə”də də olur, burada istirahət edir, dincəlir, namaz qılır, ziyarətgah haqqında məlumatlar alırdılar.
Sakinlər bildiriblər ki, “Hüseyniyyə”nin axundu kimi qələmə verilən, hazırda Nardaran hadisələrinə görə barəsində həbs qətimkan tədbiri seçilən Nuhbala Rəhimov qanuni axund olmayıb. Əslində, “Hüseyniyyə” Rəhimə xanım ziyarətgahının balansındadır, ayrıca məscid deyil. Ziyarətgahın da qanuni axundu M.Qasımovdur. N.Rəhimov, sadəcə, kənd sakinləri tərəfindən dindar, axund kimi tanınırdı və “Hüseyniyyə”yə gələnləri qəbul edirdi.
Qeyd edək ki, ötən il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı baş verən qarşıdurmadan sonra qəsəbənin giriş-çıxışları hələ də nəzarətdədir.


















Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın