Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Nardaranda sabitlikdir, amma camaat soyuqdan donur

Nardaranda sabitlikdir, amma camaat soyuqdan donur

Nardaranda siyasi sabitlikdir. Daxili Qoşunlar və polis kəndə nəzarət edir. FHN polis və əsgərlər üçün çadırlar qurub.
Musavat.com xəbər verir ki, kəndə giriş çıxış hələ də polis nəzarətində saxlanılır.
Kəndə qaz və işıq hələ ki verilməyib. Kənd ağsaqqalı Natiq Kərimov musavat.com-a bildirib ki, hazırda kənddə “Azəriqaz”ın əməkdaşları işləyir. Qaz boruları və sayğaclar yoxlanılır, təmir edilir. Lakin təbii qazın nə vaxt veriləcəyi bilinmir.
N.Kərimov deyir ki, kənddə camaatın yaşayışı həddən artıq çətindir: “Qaz yox, işıq yox. Təsəvvür edin bu havada insanlar nə əziyyət çəkir. Körpəsi, qocası, yataq xəstəsi olanlar var”.
Qeyd edək ki, noyabrın 26-da Nardaranda polislə “Müsəlman birliyi” təşkilatının üzvləri arasında silahlı qarşldurma olub. Qarşıdurmada 2 polis əməkdaşı və 5 dindar dünyasını dəyişib. Kənd sakinləri postlar quraraq bir neçə gün etiraz aksiyası keçirib. Dekabrın 1-dən isə hüquq-mühafizə orqanları kənddə xüsusi əməliyyat keçirilir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın