Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / “Nar”dan “Yay söhbətləri” kampaniyası

“Nar”dan “Yay söhbətləri” kampaniyası

“Nar” abunəçiləri yay ərzində “Yay söhbətləri” kampaniyasına qoşularaq, yaxınları ilə balansı düşünmədən limitsiz ünsiyyətdə ola bilərlər.

Artıq hər bir abunəçi 2 sevimli “Nar” nömrəsi seçərək, onlarla bütün yay boyunca limitsiz danışmaq fürsəti əldə edir.

“Yay söhbətləri” – “Nar” abunəçiləri üçün yaradılmış və onların 2 sevimli “Nar” nömrə ilə pulsuz və limitsiz ünsiyyətdə olması üçün nəzərdə tutulmuş xüsusi kampaniyadır. Kampaniyadan Azərbaycan ərazisində yaşayan və bu tariflərə qoşulmuş “Nar” abunəçiləri yararlana bilərlər: “Unikal”, “Saniyə”, “3-ü 1-də”, “Sənin 3-ün”, “Yerlim”, “Ölkəm”, “0”, “Super 0”, “Bumeranq”.

Qeyd edək ki, kampaniyadan istifadə üçün aylıq ödəniş 2.5 AZN təşkil edir. Seçilmiş nömrənin aktivləşdirilməsi isə 0.40 AZN-dir. İkinci nömrənin qoşulması pulsuzdur. Kampaniyaya qoşulmayan “Nar” nömrələr və digər operatorların nömrələri ilə səsli/görüntülü zənglərin bir dəqiqəsinin qiyməti cari tarif əsasında hesablanır.

“Nar”dan “Yay söhbətləri” kampaniyası

 

Həmçinin oxuyun

Şimali Kipr Respublikasında Qarabağa dəstək mitinqi keçirilib –FOTO

Şimali Kipr Respublikasının Girnə şəhərində Azərbaycana dəstək vermək məqsədi ilə “Bir millət 3 dövlət” adlı …

Bir cavab yazın