Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Siyasət / Naqif Həmzəyev vəzifəsindən getdi

Naqif Həmzəyev vəzifəsindən getdi

“Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir”.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev özünün feysbuk hesabında yazıb.

Millət vəkili bildirib ki, o, YAP-ın Nəzarət komissiyasının üzvü seçilməyi səbəbindən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

“Yolumuza Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcəyik”, – deyə Həmzəyev bildirib.

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …