Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / “Namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacaq” – İlham Əliyev

“Namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacaq” – İlham Əliyev

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm”

“Son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

Dövlət başçısı bildirib ki, prezident seçkiləri kampaniyası bunu bir daha göstərir: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq ”.

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …