Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Siyasət / Nadir Qafarzadə ölkəni tərk edir – BİRDƏFƏLİK

Nadir Qafarzadə ölkəni tərk edir – BİRDƏFƏLİK

“Vətənimi nə qədər sevsəm də, ayrılığın vaxtı gəlib”.

Gununsesi.info xəbər verir ki, dünən gecə müğənni Nadir Qafarzadənin “İnstagram” səhifəsində paylaşdığı yazı hər kəsi heyrətləndirib. Belə ki, ifaçı zülmə dözə bilmədiyini yazaraq ölkəni tərk edəcəyini qeyd edib:

“Xahiş edirəm diqqətlə oxuyun! Fikirləşirəm ki, artıq yaşamağa imkan vermirlər, baş götürüb getmək lazımdır! Xalqımı, Dövlətimi, Vətənimi nə qədər sevsəm belə ayrılığın vaxtı gəlib.İçim özümü yandırır, çölüm özgəsini.Amma vətənsiz, xalqsız yaşaya bilərəmmi? İnanmıram! Qürbət ölkə məni tez öldürər. Mən Azərbaycansız yaşaya bilmərəm. Məni öldürmək istəyən , yalnız vətənimdən ayrı salsa bəs edər. Mən getsəm doğmalarım, valideynlərimin məzarı, mənə ehtiyacı olan yüzlərlə insan, ömrümün 30 ilini mədəniyyətimizə həsr etdiyim zaman məni sevən pərəstişkarlarım necə olsun?”

İfaçı daha sonra qeyd edib ki, “Nigaran qaldığım qardaşım və bacılarım məni  bağışlayın”.

“Qardaşım Ağdam döyüşlərində sağlamlığını (ruhi xəstə) itirəndə bilmirdi ki, gün gələcək onun öz doğma qardaşı ona verilən verilən əziyyətlər ucbatından vətənini tərk etmək məcburiyyətində qalacaq. Gecəniz xeyrə qalsın səhər ayılıb görərsiz ki, Nadir Qafarzadə də yoxdur. Artıq qərarımı vermişəm. Mən heç kimdən küsüb getmirəm sadəcə rahat yaşamaq istəyirəm.Amma ölümüm istərdim ki, vətənimdə olsun.Allahın bu zülmü yerdə qoyma! Məni xalqımdan, vətənimdən ayrı düşməyə imkan vermə! Yəqin ki bu yazdıqlarımdan sonra qarayaxmalar çox olacaq. İnanmayın! İnanmayın! İnanmayın! Amma harda olsam da, bu cümləni unutmayacam, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”-deyə, o, sonda qeyd edib

315577.

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın