Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nəsimidə “Yaşa Azərbaycan” adlı tədbir keçirilib

Nəsimidə “Yaşa Azərbaycan” adlı tədbir keçirilib

28 may Respublika Günü münasibəti ilə Nəsimi rayonunun tam orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir.
Bu gün münasibəti ilə məktəblərdə divar qəzetləri buraxılmış, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri, təqdimatlar təşkil edilir, kompozisiya və bayram tədbirləri keçirilir.
26 may 2017-ci il tarixdə 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil edilmişdir. Bayram tədbirində məktəblilər şerlər söyləmiş, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etmişlər.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü – istiqlaliyyət tarixindən danışmış və məktəbliləri hər bir azərbaycanlının qürurla qeyd etdiyi 28 may Respublika günü münasibəti ilə təbrik etmişdirlər.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın