Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nəsimidə xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilib

Nəsimidə xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilib

Sağlamlıq imkanları məhdud olan uşaqların  hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və  biliklərinin  aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün PİTA Şaurmada  əyləncəli istirahət axşamı təşkil edilib.

İcra Hakimiyyətindən  Azinforum.az-a daxil olan xəbərə görə, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  uşaqlarla söhbət zamanı dövlət tərəfindən onların  təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb.

Daha sonra  uşaqlar  bu istirahət məkanında yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstəriblər.

Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların  yaddaşında xoş izlər buraxıb, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olub.



Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın