Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nəsimidə qadınlarla bağlı toplantı keçirildi

Nəsimidə qadınlarla bağlı toplantı keçirildi

Nəsimi rayonunda “Azərbaycan  milli  ideologiyasında qadınların rolu” mövzusunda görüş keçirilib.

Rayon İcra Hakimiyyətindən “ Azinforum.az ” – a daxil olan xəbərə görə, tədbirdə Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları,  həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar iştirak edib.

Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları coxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə  artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb.O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyeva  beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir.

Tədbirdə Bakı şəhər icra Hakimiyyəri Başçısının müavini Fidumə Hüseynova cıxış edərək bildirib ki, Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan- dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir.

Tədbirdə  şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın