Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Nəsimidə 20 Yanvar faciəsi anılıb

Nəsimidə 20 Yanvar faciəsi anılıb

Bu gün Nəsimi Rayon İcra Hakimiyyətində “20 Yanvar Cəmiyyəti”, rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilib.

“ Azinforum.az ” a daxil olan məlumata görə, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir.

Başçı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Görüşdə “20 Yanvar Cəmiyyəti”in sədri Sultan Əzimzadə, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva,  20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev çıxış ediblər.

Tədbirin sonunda  20 yanvar faciəsi şəhid ailələri və əlillərinə maddi yardım göstərilib.

Nəsimidə 20 Yanvar faciəsi anılıb
Nəsimidə 20 Yanvar faciəsi anılıb

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …

Bir cavab yazın