Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Siyasət / Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edildi

Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edildi

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Bu münasibətlə Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd olunub.

Rayon İH-dən “ Azinforum.az ” – a daxil olan xəbərə görə, bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edib.

Beynəlxalq Ailə gününə həsr edilmiş tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın kiçik toy mərasimi də keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və qonaqlar  tərəfindən körpələr evində yaşayan Məmmədov  Elman  üçün hədiyyələr, oyuncaqlar alınıb.

Tədbirdə həmçinin Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bir neçə gənc cütlüklərin nigahları qeydə alınıb.

Tədbirdə YAP Qadınlar Şurası İdarə heyətinin üzvü, Nəsimi Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, rayon ağsaqqalı Aydın Heydərov çıxış edərək gəncləri təbrik edib və onlara ailə dəyərləri ilə öz məsləhətlərini veriblər.

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …

Bir cavab yazın