Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Nəsimi Rayon İcra Hakimiyyətindən cəbhədəki əskərlərə maraqlı hədiyyə – Foto

Nəsimi Rayon İcra Hakimiyyətindən cəbhədəki əskərlərə maraqlı hədiyyə – Foto

Cəbhə bölgəsində hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Silahlı Qüvvələr günü  münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq qeyd etmişdir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi islahatlar və iqtisadi inkişaf respublikamıza beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, ölkəmizin demokratik imici günbəgün möhkəmlənmişdir.Silahlı Qüvvələrin ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi altında böyük uğurla davam etməkdədir.

Son dövrdə  bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.

Qonaqlar Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələrini, rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.  Bayram tədbirində ilk dəfə səslənən “Azərbaycan əsgəri” mahnısının sədaları altında  hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmışdırlar. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişdirlər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.

Azinforum.az bildirir ki, əskərlərə təqdim edilən hədiyyələrin sırasında ölkə başçısı İlham Əliyevin imzasının əks olunduğu  xüsusi hədiyyəni də görmək mümkündür.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın