Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / Nəsimi İH-nin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konsert – FOTOLAR
????????????????????????????????????

Nəsimi İH-nin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konsert – FOTOLAR

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur.
Bu barədə Azinforum.az-a Nəsimi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.
Belə ki, R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin konserti keçirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb:
“Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur”.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan konsertin əhəmiyyətindən danışmış, konsertin təşkilində əməyi olan tələbə və müəllimlərin bu tədbirə böyük ehtiram və məhəbbətlə hazırlaşdıqlarını bildirib.
Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Simli alətlər Orkestrinin, Nəfəs və zərb alətləri orkestrinin, Xalq çalğı alətləri ansamblının, Xor kollektivinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Soltan Hacıbəyov, Asəf Zeynallı, Tofiq Quliyev, Siyavuş Kərimi, Vasif Adığözəlovun və digər bəstəkarların musiqi əsərləri ilə çıxış ediblər.
 Konsertdə Beynəlxalq müsabiqə laureatı Fəxri Nicat Kazımın ifasında Sevil Əliyevanın “Ana” mahnısı alqışlarla qarşılanıb.

Həmçinin oxuyun

“Nazim Bəydəmirli YAP-dan xaric edilib”- Partiyadan açıqlama

Son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun (Bəydəmirli) sosial şəbəkələrdə, bəzi KİV-lərdə etdiyi çıxışları və …

Bir cavab yazın