Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nərimanovda Polis Günü qeyd edilib

Nərimanovda Polis Günü qeyd edilib

Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan polisinin yaranmasının 98-cı ildönümü və Azərbaycan Polisi Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Polis İdarəsinin rəhbərlik və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

” Azinforum.az “ – a daxil olan məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idarənin bütün əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Bildirilib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş dövlətçiliyimizi və müstəqilliyimizi daha da gücləndirir, sosial-iqtisadi inkişafın bütün sahələrdə dinamik şəkildə sürətləndirilməsi istiqamətində möhkəm zəmin yaradır, regionda və beynəlxalq müstəvidə gücümüzü daha da artırır.

Sonda xidmətdə fəqlənən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Nərimanovda  Polis Günü qeyd edilib

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın