Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nərimanovda bayram tədbiri – Fotolar

Nərimanovda bayram tədbiri – Fotolar

Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

” Azinforum.az ” xəbər verir ki, rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin və nəhayət ziyalıların qatıldığı təbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsindəHeydər Əliyevin misilsiz xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətn – Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

A.Fərzəliyev qədirbilən xalqımızın birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etdiyini, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdaraq uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğrlayıb.

Milli Məclisin deputatları Hikmət Məmmədov, Adil Əliyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlərin hazırda  siyasi kursunun ən layiqli davamçısı Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini, onun iqdisadi gücünün istər regionda, istərsə də bütün dünyada durmadan artdığını qeyd edib.

 

Nərimanovda bayram tədbiri -  Fotolar
Nərimanovda bayram tədbiri -  Fotolar
Nərimanovda bayram tədbiri -  Fotolar
Nərimanovda bayram tədbiri -  Fotolar

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın