Ana səhifə / Siyasət / Nərimanov rayonunun “Breyn-rinq” komandası Bakı şəhər çempionu oldu – Fotolar

Nərimanov rayonunun “Breyn-rinq” komandası Bakı şəhər çempionu oldu – Fotolar

17 oktyabr 2016-cı il tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqillik Günü”nə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.
Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Nəticələrə görə I yerə Nərimanov rayon komandası, II yerə Xətai rayon komandası, III yerə isə Binəqədi rayon komandası layiq görülmüşlər.
Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın