Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nərimanov rayonunda  “TƏMİZ ŞƏHƏR NAMİNƏ HƏRƏKƏTDƏ OL!”  adlı veloyürüş keçirilib

Nərimanov rayonunda  “TƏMİZ ŞƏHƏR NAMİNƏ HƏRƏKƏTDƏ OL!”  adlı veloyürüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Nərimanov Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “İslahatlı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda “Təmiz şəhər naminə hərəkətdə ol!” adlı veloyürüş keçirilmişdir.
Veloyürüşün keçirilməsində məqsəd şəhərimizin ekologiyasını qorumaq, gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsindən və s. ibarətdir.
Yürüşdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Şahmar İbadov, İlqar Mirzəyev, Rəşid Ağayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Təhsil üçün gənclər mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı 150 nəfərə yaxın gənc iştirak etmişdir.
Həmçinin yürüşdə velosiped üzrə olimpiya çempionları Aleksandr Averin, Tamara Polyakova iştirak etmişdir.
Veloyürüşdə 5000 metr məsafə qət edilmişdir.





Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın