Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Nərimanov məktəbliləri cənub bölgəsinə yola salınıblar

Nərimanov məktəbliləri cənub bölgəsinə yola salınıblar

Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyaları çərçivəsində Nərimanov rayonun məktəblilərindən ibarət qrup respublikanın cənub bölqəsinə yola salınıblar.

“ Azinforum.az ” xəbər verir ki, yolasalma mərasimdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, məktəb direktorları, valideynlər, məktəblilər və bir qrup fəal gənc iştirak ediblər.

Ş. İbadov qeyd edib ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənmək imkanı yaradacaq.

İ. Mirzəyev, N. Novruzov və valideynlər bildiriblər ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar təşkil edilən bu aksiya şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək baxımından gözəl fürsətdir. Natiqlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Daha sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yola düşüblər.

Qeyd edək ki, tur-aksiya 17-20 noyabr 2016-cı il tarixlərində Lənkəran, Masallı, Astara şəhər və rayonlarını əhatə edəcək.

Nərimanov məktəbliləri cənub bölgəsinə yola salınıblar
Nərimanov məktəbliləri cənub bölgəsinə yola salınıblar
Nərimanov məktəbliləri cənub bölgəsinə yola salınıblar
Nərimanov məktəbliləri cənub bölgəsinə yola salınıblar

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …

Bir cavab yazın