Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Siyasət / Nərgiz Babayeva: “Mehriban xanım Əliyevanın xalqımızın milli-mənəvi dirçəlişində xidmətləri əvəzsizdir.”

Nərgiz Babayeva: “Mehriban xanım Əliyevanın xalqımızın milli-mənəvi dirçəlişində xidmətləri əvəzsizdir.”

Həyatı boyu nəciblikdən, mərhəmət və xeyirxahlıqdan bəhrələnən,  xalqına müsbət keyfiyyətləri ilə örnək olan Azərbaycanın birinci xanımı, birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mehriban xanım Əliyeva nəinki ölkəmizdə həm də xarici ölkələrdə böyük nüfuz sahibi, dövlət xadimi kimi tanınmışdır. Çıxışlarının birində bildirmişdir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır.O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında öz həyatını, fəaliyyətini qurur, o cəmiyyət  inkişaf etmiş uğurlu cəmiyyətdir”. Xalqın rifahı naminə güc və bacarığını əsigəməyən  Mehriban xanım həm də ixtisasca həkimdir, insanlara sevinc, ümid, şəfa verən geniş qəlbin sahibidir. 

Hər bir insan doğulduğu torpağa, ailəyə müqəddəs borcunu vermək üçün   yaşayır. Mehriban xanımın həm ailədə, həm də dövlətçiliyimizin möhkəmlənməsində  eyni inam və məhəbbətlə çalışması bizi sevindirir. O, bu mövzu ilə bağlı fikrini belə bildirmişdir: “Mən həm bu illər ərzində, həm də indi öz vəzifəmi yerinə yetirməyi çatdırmaq üçün həmin tənasübü tapmağa çalışıram.Əlbəttə ki, mən ilk növbədə öz həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, mənim 5 nəvəm var və həyatımın bu sahəsində göstərdiyim bu diqqətin ikinci plana keçməsini qətiyyən istəmirəm. İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də buna nail olacağam.” Ailə dəyərlərinin nə qədər önəmli olması  Mehriban xanımın nümunəsində  açıq-aydın görünür. Əslində dövlət və ailə bir-birinə bağlı meyarlardır. O, ilk növbədə anadır. Analar isə həmişə sülhün, tərəqqinin, əmin-amanlığın tərəfdarıdır. Qeyd edək ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban xanım Əliyeva gətirmişdir. Birinci olmaq nə qədər şərəflidirsə, o qədər də çətin, məsuliyyətli bir vəzifədir. 

Qeyd etmək lazımdır ki, 05 mart 2021-ci ildə  keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisədir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası yeni zamanın yüksək tələblərinə cavab verəcək ictimai-siyasi mühitin daha da möhkəmlənməsi istiqamətində fəaliyyət göstərir. Fərəhli haldır ki, VII qurultayda Mehriban  xanım Əliyeva  Yap sədrinin birinci müavini seçildi. İnanırıq ki, genişmiqyaslı tədbirlərin həyata keçirilməsində Mehriban xanım öz zəngin təcrübəsindən istifadə edəcəkdir. Zamanın nəbzini tutan,dövlət maraqlarına sədaqətlə xidmət edən yeni gənc kadrların siyasi qurum olan YAP GB yaradildi. Mehriban xanım gənc nəslin formalaşmasında onlara öz diqqət və qayğısını heç vaxt əsirgəməmişdir.

VII qurultayda YAP-ın sədri Prezident İlham Əliyev partiya üzvləri qarşısında yeni mühüm vəzifələrə toxundu.Onun parlaq çıxışında son 17 ildə Azərbaycan dövlətinin keçdiyi tarixi mərhələlər, iqtisadi və siyasi sahədə  qazanılan qələbələr öz geniş əksini tapıb. O, II Qarabağ müharibəsindən, torpaqlarımızın erməni işğalından azad olunmasından sonra ölkəmizdə yeni reallıqların, imkanların yaranmasını qeyd edıb. b. Ölkəmizdə yeni yaranmış müsbət reallıqlar yeni layihələrin həyata keçirilməsinə böyük təkan verir. Təsadüfi deyil ki, Azərbaycan Qafqazın iqtisadi gücü adlanır.Qarabağa yeni nəfəs, əmin-amanlıq, gözəllik qayıdır. 

Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondununprezidenti kimi sosial-mədəni sahəni özündə birləşdirən layihələrin həyata keçirilməsində xidmətləri əvəzsizdir. O, çıxışlarının birində qeyd etmişdir: “Müasir dünyada hər bir ölkənin inkişafı onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Fondun əsas istiqamət sahələrindən biri də səhiyyə, elm, idman, ekologiyadır. Bu, xalqın sağlamlığının qorunmasında vacib sahələrdən biridir. Fondun  fəaliyyət proqramını qısa bir çıxışda əhatə etmək mümkün deyil. Əlbəttə, uğurla aparılan layihələrin arxasında Mehriban xanımın   ali məqsədləri dayanır.Mehriban xanımın Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də bu idman sahəsinin uğurlu inkişafında əməyi böyükdür. 

Mehriban xanım Əliyevanın səhiyyə sahəsində gördüyü işləri isə sayıb qurtarmaq mümkün deyil.Səhiyyənin inkişafı, yeni müasir tipli xəstəxanaların açılması, xeyriyyə aksiyalarının, pulsuz müayinə və müalicələrin təşkili daim onun diqqət mərkəzindədir. 

Azərbaycan dünyada tolerant dövlət kimi tanınır. Bu mənəvi dəyərin həyata keçirilməsində Mehriban xanım Əliyevanın müstəsna rolu var. “Azərbaycan –tolerantlıq ünvanı” layihəsi çərçivəsində dini konfessiyasından asılı olmayaraq nəinki ölkəmizdə  həm də xarici ölkələrdə müqəddəs ziyarətghların, mədəniyyət abidələrinin bərpasında fəal iştirak etmişdir. Azərbaycan dövlətinin bu nəcib addımları dünya ictimaiyyəti  tərəfindən layiqincə qiymətləndirilmiş, yüksək mükafatlarına layiq görülmüşdür.

Fərəhli haldir ki, 28 ildən çox davam edən  Şuşa həsrətinə son qoyuldu. İlham Əliyevin çıxışından: “Bir  daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir”. Yenə də ölkə başçımızın fikrinə qayıdıram: “Biz birlikdə güclüyük!” Bu inam, güc doğma torpağa olan sədaqətin, məhəbbətin təcəssümüdür. Bu tükənməz gücümüz səfərbər olduqda isə heç bir düşmən  öz çirkin arzularına çata bilməz. 

44 günlük müharibə Ali Baş Komandan, Prezident İlham Əliyevin  qətiyyətli,müdrik siyasəti nəticəsində qələbəmizlə başa çatdı. İlham Əliyevin xalqına müraciəti hər bir azərbaycanlının qəlbini kövrəltdi: “Əziz Şuşa, biz qayıtmışıq. Biz səni diçəldəyəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır”. Bu sözləri yazarkən, oxuyarkən hələ də göz yaşlarımız sevincdən doya bilmir. O unudulmaz tarixi gündə məcburi köçkün adı artıq keçmişin qanlı-qadalı günlərində qalmışdı. 

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət  paytaxtı elan edilən Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olundu. İlham Əliyev tədbirin qonaqları ilə birgə şəhidlərimizi bir anlıq sükutla yad etdilər. Prezident çıxışında qeyd etdi: “Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik…Ermənilər nə qədər çalşsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıldı, tarixi abidələrimiz dağıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.

“Xarıbülbül” musiqi festivalında ölkəmizdə yaşayan başqa millətlərin milli musiqiləri səsləndi. Ölkəmizdə mehribanlıq şəraitində yaşayan bu insanlar üçün Azərbaycan doğma vətəndir. Cıdır düzündə qədim tariximizə qovuşan “Bayatı-Şiraz” muğamı səslənəndə isə sanki  o qanad açıb Şuşanı bağrına basdı. Azərbaycanın ruhu dirildi. . 

2003-cü ildə məhz muğam Mehriban xanımın təşəbbüsü ilə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi qəbul edilmişdir. Mehriban xanım Əliyeva muğamın fəlsəfəsini belə açıqlayır: “Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,emosional zənginlik-bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır.Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir- səhv etmərəm”. Azərbaycanın birinci xanımı belə düşünür, düşündüyü möhtəşəm layihələri ilə  Azərbaycanın nüfuzunu dünyada yüksəklərə qaldırır. İnsanın dəyər verdiyi həqiqət onun əməllərinin aynasıdır. Bu ayna əslində qəlbin aynasıdır.

Azərbaycan Respublikası Prezidentinin birinci vitse-prezidenti, birinci  xanım hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə YAP gəncləri adından səmimi qəlbdən təbrik edirik. Onu sevən, əməyini dəyərləndirən xalqımızın xeyir-duası həmişə onunladır. Mehriban xanım şərq qadınına məxsus müdrikliyi, nəcib keyfiyyətləri, vətənpərvərliyi ilə biz gənclər üçün həyat məktəbidir. Mədəniyyətimizin milli ruhunu əbədiləşdirən Mehriban xanıma möhkəm can sağlığı, ailə səadəti, dövlət xadimi kimi fəaliyyətində parlaq qələbələr arzulayırıq. 

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …