Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nəqliyyat müfəttişindən rüsvayçı hərəkət – Türk sürücüylə danışığın videosu yayıldı (VİDEO)

Nəqliyyat müfəttişindən rüsvayçı hərəkət – Türk sürücüylə danışığın videosu yayıldı (VİDEO)

Sosial şəbəkələrdə nəqliyyat müfəttişləri ilə türkiyəli sürücünün ilginc dialoqunun videosu yayılıb. 
Azinforum.az Avtosfer.az-a istinadən xəbər verir ki, videoda iki nəfər nəqliyyat müfəttişi türk sürücünün idarə etdiyi avtomobilin qarşısını kəsərək, ondan israrla rüşvət tələb etməyə başlayıblar.
Maraqlı burasıdır ki, onlar sürücüdən heç bir sənəd istəmədən bayramla əlaqədar olaraq 20 manat tələb ediblər. Sürücü bu pulu verə bilməcəyini dedikdə isə təxminən 50-55 yaşlarında olan nəqliyyat müfəttişi hədə-qorxu gəlməyə başlayır.
Müfəttiş sürücüyə hətta onu da bildirirlər ki, bayram olmasaydı, başqa cür davaranardı. O, sürücüdən tələb edir ki, müdirə zəng etsin, o, danışıb pul alacaq…
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bundan sonra yollarda bəzi qayda pozuntularına görə taksiləri, yükdaşıma ilə məşğul olanları və avtobusları yalnız DYP əməkdaşları cərimə edə biləcəklər.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın