Bazar , Yanvar 29 2023
Ana səhifə / Siyasət / “Nə qədər ki, Rusiya sülhməramlıları var, sülh olmayacaq” – Tomas De Vaal

“Nə qədər ki, Rusiya sülhməramlıları var, sülh olmayacaq” – Tomas De Vaal

“Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə heç bir sülhün mümkün olmadığı haqqında rəy var. Hamı düşünür ki, 2025-ci ildə sülhməramlıların missiyası başa çatana qədər sülh əldə olunmayacaq”.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

Bu sözləri “Turan”a açıqlamasında Britaniyalı ekspert Tomas De Vaal deyib. 

Onun sözlərinə görə, Ukraynadakı müharibədən sonra heç kim Rusiyadan razı deyil: “Azərbaycanda da, Ermənistanda da Rusiyaya etimad çox azdır”.

Tomas De Vaalın fikrincə, ekoloji fəalların aksiyasından sonra Xankəndindəki separatçı rejimində ruslara etimad səviyyəsi azalıb.

De Vaal iddia edib ki, Paşinyanın KTMT ilə bağlı ifadələri onun bu təşkilat və ümumilikdə Rusiya üzrə xəttidir. Onun Ermənistanın KTMT-də iştirakı üçün perspektiv olmaması haqqında ifadələri bu versiyaya dəlalət edir.

Ekspert ehtimal edir ki, Rusiya, Ermənistanın məcburi müttəfiqidir və Paşinyan daha geniş beynəlxalq münasibətlər spektrinə malik olmaq istərdi.

Ancaq bununla belə Britaniyalı ekspert də real vəziyyət fərqli olduğunu, Rusiyanın hazırda həm Ermənistanın, həm də Xankəndindəki rejimin təhlükəsizliyini təmin edən yeganə ölkə olduğunu təsdiqləyib.

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …