Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Siyasət / Nə Putin nə də Zelenski geri çəkilə bilməyəcək…

Nə Putin nə də Zelenski geri çəkilə bilməyəcək…

Ukryananın NATO-ya qəbul edilməməsinə ​ fərqli yanaşmalar çoxdur. Amma onlardan bəziləri reallıqlara söykənir, bəziləri isə yox.​ Hər kəs yaxşı bilir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı​ ​ Sovetlər birliyinə qarşı yaradılmış hərbi blokdur. Hər zaman dünyanın ən nəhəg ittifaqı olan SSRİ ​ ilə çox ehtiyyatlı davranıb.​ Hətta 1954 –cü ildə Sovet İttifaqı NATO-ya üzvlük də təklif etmişdi.​ Həm komik , həm də şübhəli olan belə təklif alyans tərəfindən qəbul edilməmişdi.
2014-cü ildə Viktor ​ Yanukovicin Ukraynadakı dövlət çevrilişi nəticəsində devrilməsi Rusiyanın ​ Krımı işğal etməsi ilə nəticələndi.

​ Rusiya bunun ardından ​ Luqansk və Dombasda hərbi münaqişə ocağı yaratdı bununla da Ukraynanın NATO- ya qoşulmasını əngəllədi. ​ Buna baxmayaraq Rusiya Atalantik Bloka etibar etmirdi, hesab edirdi ki, belə vəziyyətdə də NATO ​ Ukraynanı üzvlüyə qəbul edə bilər ona görə də tələsik​ sonuncü geniş hərbi müdaxiləyə əl qoydu. ​ ABŞ-yalnız hərbi əməliyyatlar başladıqdan sonra Ukraynanın NATO-ya qəbul edilməyəcəyini​ elan etdi . Bunu sonradan V. Zelenski də təkrar etdi. Lakin artıq çox gec idi. ​ Bunlar ABŞ tərəfindən həyata keçirilən aldadıcı siyasi manevr idi. ​ Rusiyanın ən qorxulu rəqibi Çin olduğu halda rus fobiyasını Ukraynanın poliqon fonunda sındırmağa müvəffəq oldu.​ Nüvə təhlükəsi ​ istisna olmaqla Rusiya mifi demək olar ki, yerlə yeksan edildi. Məqsəd ​ həm də Çinin Rusiyadakı ərazi ​ iddialarını gerçəkləşdirmək üçün stimul yaratmaqdır. Əgər Çin Rusiyaya savaş açarsa hər ikisi məhvə məhkumdurlar. Bununla da dünya süper gücləri ​ siyasi səhnədə ABŞ-na uduzmuş olacaqlar. ​

Rusiya dövlət olaraq tələyə asanlıqla düşdü və ​ hərb siyasətinə girişməklə böyük səhvə yol verdi. ​ Geriyə isə demək olar ki, yol yoxdur. Siyasi xəritənin ​ yenidən çəkilməsi planı hələlik uğurla aparılır. Putinin insan haqları, milli, etnik qarşıdurmaların və zidiyyətlərin qarşısının alınması kimi çağırış və imitasiyaları ifşa olundu. ​ Ukraynanın qanuni seçilmiş prezidentini, narkoman və cinayətkar adlandırmaq isə Putin üçün yalnız siyasi mədəniyyətsizlik və həyasızlıqdan başqa heç bir imic yaratmadı. Bəzi dırnaqarası politoloqlar isə Zelenskini günahlandırırlar ki, hərbi əməliyyatların başlanmasında onun təqsiri böyükdür. Guya ki, Zelenski Putinin şərtləri ilə razılaşmalıydı. Nəzərə almaq lazımdır ki, Zelenski demokratik seçilmiş prezidentdir, Ukrayna konstitusiyasına görə dövlət sərhədlərini prezident müəyyən edə bilməz. Bu məsələ Xalqın suverenlik hüququnun əsas tərkib hissəsidir və yalnız ümumxalq səsverməsi referendum yolu ilə həll edilə bilər.

Xalq isə işğala qarşı hakimiyyətlə birgə qətiyyətli mövqe nümayiş etdirir. Ona görə də Zelenski üçün də geriyə yol yoxdur. Rusiya tərəfi gəlincə İş o yerə çatdı ki, Putinin addımları beynəlxalq hüququn pozulması, İnsanlığa qarşı kütləvi cinayətdə susçulanmaqla həm siyasi , həm də hüquqi nəticələr baxımından uduzuldu. İndi Putinin geri çəkilməsi, beynəlxalq (HAQA) ​ məhkəmənin baxdığı cinayət işi, ölkəyə tətbiq olunan iqtisadi sanksiyaların təsiri və nəticələri baxımından mümkün deyil. Rusiyanın siyasi cəhətdən vəziyyətdən üzü ağ çıxması üçün bircə yolu var, o da Putinin və adminstrasiyasının siyasi hakimiyyətdən uzaqlaşdırılaraq ciddi demokratik dəyişikliklərə getməklə vəziyyəti stabilləşdirməkdir.

Əgər Putin hakimiyyəti sona çatarsa Rusiya ilə dünya ölkələri arasında yaranan siyasi böhran və sanksiyalar da aradan qalxa bilər. Yeni iqtidar ümumbəşəri dəyərlərə , beynəlxalq hüquqa və demokratik ənənələrə sadiqlik nümayiş etdirməlidir. Əgər bu baş verərsə heç uzanmadan Belarusiyada da inqlab baş verəcək ​ demokratiyaya keçid ediləcək. Amma bu hadisələrin qayəsində demoqrafik eniş üçün şərait yaradılacağı da istisna deyil. ​İndi isə biri birinin ardınca Britaniyadan və ABŞ dan Ukrayna üçün nüvə silahından istifadə icazəsi barədə tezislər səsləndirilir. ABŞ hərbi əməliyyatların dayandırılmasında qətiyyən maraqlı görünmür.

NATO Sürətlə Bolqarıstana hərbi zirehli texnika və canlı qüvvələr yerləşdirir, prosesdə Fransa da aktiv iştirak edir. Avropanın digər ölkələrində də anoloji hazırlıq işləri görülür . Rusiya bu gündən başlayaraq Avropa ölkələrindən vətəndaşlarını geri çağırmağa başladı. Böyük savaşa start verilməsi üçün demək olar ki, bütün tədbirlər görülür. Bu da o deməkdir ki, nə Putin nə də Zelenski geri çəkilə bilməyəcək böyük savaş planı əvvəlcədən müəyyənləşdirildiyi kimi baş tutacaq. Lakin bu savaşın gözlənilməz sürprizi Türkiyə tərəfindən ola bilər. Belə ki, Türkiyə özünün siyasi gedişlərində bu savaşda NATO nun yanında görünmür.


Elcin QURBANOV,

Azinforum.az

Həmçinin oxuyun

Deputat: ““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil”

““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil. Bu gün müəyyən qruplaşmaları, təriqətləri, …