Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Müxalif partiyalar Eldar Əzizova müraciət ünvanladı

Müxalif partiyalar Eldar Əzizova müraciət ünvanladı

Müxalif partiyalar və bəzi müstəqil namizədlər fevralın 9-da keçirilmiş parlament seçkilərinə etiraz etmək üçün mitinqə hazırlaşır.

Bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında məlumat verib.

Bildirib ki, Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Məktubda fevralın 16-ı saat 15.00-dan 17.00-dək metronun 28 May stansiyasının qarşısında mitinq keçirmək üçün icazə verilməsi istənilib.

O, həmin müraciətin süərtini də paylaşıb:

Müxalif partiyalar Eldar Əzizova müraciət ünvanladı -Mitinqlə bağlı

Unikal.org

Həmçinin oxuyun

Cenevrə görüşü niyə təxirə salındı?

Azərbaycan XİN-i ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu günə təyin olunmuş görüşünün oktyabrın 30-na keçirilməsini …