Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Manşet / Müxalif partiya sədrindən Cəmil Həsənliyə sərt sözlər…

Müxalif partiya sədrindən Cəmil Həsənliyə sərt sözlər…

Kimminsə ailədaxili məsələləri, cinsiyyət problemi mənim üçün maraqlı məsələ deyil. Odur ki, səhər-səhər bir xanım jurnalist bu barədə məndən soruşanda münasibət bildirməkdən yayındım, xanım bu işə Cəmil Həsənlinin və Milli Şuranın aidiyyatı olduğunu bildirəndə yenə cavab verməyəcəyimi bildirdim. Amma özüm üçün bu işdə bir siyasi çaların olub-olmadığını öyrənmək üçün mövzu ilə tanış olmaq qərarına gəldim.

Mövzu ilə hamınız tanışsınız. Amerikada ərə getdiyini bəyan edən bir azərbaycanlı homoseksual haqqında Milli Şuranın bir neçə üzvü yumşaq və sərt formada ifadələr işlədib. Okeanın o tayında olan MŞ sədri Cəmil Həsənli isə birmənalı həmin o ərə gedən gey gədənin tərəfini tutub, ondan, onun təmsil olunduğu üzdəniraq təşkilatından üzrxahlıq edib, MŞ-nın yaradıcılarından olan və rəhbərlikdə təmsil olunan iki nəfəri bu mövqeyi ilə təşkilatdan istefa verməyə məcbur edib.

Heç kəs deyə bilməz ki, Cəmil Həsənli bu addımı təsadüfi atıb. İllərin təcrübəsi göstərir ki, Cəmil müəllim öz maraqlarını çox yaxşı güdür. Heç kəsin göz yaşına baxmayaraq öz maraqlarının təmin olunması uğrunda addımlar atır. Öz maraqları naminə Elçibəyin yanından deputat mandatı üçün Əli Kərimlinin, Əli Kərimlinin yanından, hakimiyyətin, paralel olaraq da Fərhad Əliyevin, Fərhad Əliyev və deputat mandatı əldən çıxanda Rüstəm İbrahimbəyovun, oradan yenə Əli Kərimlinin, indidə ABŞ-da müəyyən gizli dairələrin, hətta bu dairələr homoseksuallar və onların dəstəkçiləri olsa belə önların cərgəsinə keçir.

Mənim üçün maraqlı olmasa da bunları yazmaqda bilirsiniz məqsədim nədir? Yadınızdadırsa Prezident Adminstrasiyasiyasının dəvəti ilə siyasi partiya rəhbərlərinin PA-nın şöbə müdiri ilə tanışlıq görüşü keçirilmişdi. Onda bu hörmətli Çəmil Həsənli və mediadakı hay-küyçü ətrafı bütövlükdə görüşdə iştirak edənləri hakimiyyətin cib müxalifəti adlandırmışdı. Cib müxalifəti odur ki, asılı olduğu qüvvənin bütün əmrlərini yerinə yetirir, ona qarşı tənqidi fikir səsləndirmir, öz silahdaşlarını təşkilardan istefa verməyə məcbur edir, bir səhvi olan kimi ondan, hətta onun nökərindən üzr istəyir. Mən və görüşdə iştirak edən bir sıra partiya sədri dostumuz yeri gələndə prezidenti də, hökumət üzvlərini də tənqid edirik, heç kəs də bizi üzr istəməyə məcbur edə bilməz və biz də heç kəsin cib müxalifəti ola bilmərik.

İkincisi lap görüşdə iştirak edən kimlərsə bu hakimiyyətin cib müxalifəti oldu, hansınn ki, rolunu vaxtilə siz sevə-sevə icra edirdiniz. İndi deyin hakimiyyətin cib müxalifəti olmaq yaxşıdır, yoxsa “petux”ların. Onda daha hörmətli idiniz. Parlamentdə otururdunuz, yaxşı kitablar yazırdınız. İndi sadəcə cib müxalifətisiniz. Özü də üzdəniraqların, onların ağalarının və sizə maliyyə verən hər kəsin…

Elşad MUSAYEV,

Böyük Azərbaycan Partiyasının sədri

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …