Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Müxalifətin 26 yanvar mitinqinə razılıq verilmədi – səbəbi bu yazıda!

Müxalifətin 26 yanvar mitinqinə razılıq verilmədi – səbəbi bu yazıda!

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli “Report”a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

“Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək” – deyə, R.Əhmədli bildirib.

Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.

Daha sonra yayılan xəbərdə mitinqə icazə verilməməsinin səbəbləri rəamən açıqlanıb. 

“Report”un xəbərinə görə, buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırması olub.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Qafarovun müraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub. Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.

Xatırladaq ki, müxalifətin sonuncu mitinqi yanvarın 19-da keçirilib.

****

Musavat.com bildirir ki, Qarabağ Komitəsi də mitinq üçün müraciət edib. 16 fevral tarixində eyni məkanda mitinq keçirtmək istəyən QK-nin şüarı isə “Qarabağa azadlıq”dır. Hakimiyyət orqanlarının həmin mitinqə icazə verib-verməyəcəyi hələlik bəlli deyil. 

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …