Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Müxalifət Rəsulzadənin adına kölgə salır” – Zərdüşt Əlizadədən hər iki tərəfə ETİRAZ

“Müxalifət Rəsulzadənin adına kölgə salır” – Zərdüşt Əlizadədən hər iki tərəfə ETİRAZ

Bəzən cəmiyyətdə, insanlar arasında, hətta bəzi ictimai-siyasi nüfuzu olan şəxslər arasında da tarixi önəm daşıyan, tarixdə şərəfli izlər qoymuş şəxslər haqqında qeyri-anlaşılmaz, mənfi çalarlı fikirlər səslənir. Belə düşüncə hədəfinə alınmış şəxsiyyətlərdən biri Məhəmməd Əmin Rəsulzadə hesab oluna bilər.
Bəziləri Rəsulzadə şəxsiyyətinin adı çəkiləndə bugünkü müxalifəti, yaxud da  Əbülfəz Elçibəy hakmiyyətinin dövrünü göz önünə gətirir. Yəni Rəsulzadəni YAP iqtidarına müxalifətlə eyniləşdirirlər? Bəs bu nə dərəcədə doğrudur ? Bugünkü siyasi müxalifətin fəaliyyətini Rəsulzadə siyasi irsi və faəliyyəti ilə eyniləşdirmək olarmı?

Siyasi ekspert Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında məsələni belə izah edib ki, hazırda hakimiyyətdə olanlar öz liderləri kimi Heydər Əliyevi, müxalifətdəkilər isə Məhəmməd Əmin Rəsulzadəni görürlər. O, yanaşmanın buradan qaynaqlandığını bildirib.

Zərdüşt Əlizadə tarixi şəxsiyyətlərə yanaşmaların zamanla dəyişildiyini deyir: “Amma başqa bir məsələ də var ki, ötəri siyasi yanaşmalardan əlavə, tarxin obyektiv siyasi qiyməti var. Hamı bilir ki, zamanında Mirzə Fətəli Axundovun tərəfdarı çox deyildi. Sabirin, Zərdabinin  tərəfdarı çox deyildi. Amma indi onların tarixdə yerləri tapıldı. Rəsulzadənin Azərbaycan tarixində yeri şübhəsiz böyükdür. Ondan böyük əsərlər yadigar qalıb. Səhvləri də olub, amma ki, səhvsiz insan yoxdur. Ona qarşı qoyulan adamların çıxışlarından başqa heç nələri yoxdur”.

Politoloq bildirib ki, Rəsulzadəni bu günü hansısa siyasi müxalifət qolu ilə əlaqələndirmək gülüncdür: “Sözün düzü, mən eşidəndə ki, Elçibəy Rəsulzadə yolunun davamçısı olub, məni həmişə gülmək tutur. Daban-dabana zidd şəxsiyyətlərdir. Biri böyük mütəffəkir, xaqlı üçün işləyən, o bisi isə öz tayfası üçün işləyən adam idi. Birindən xeyli kitab qalıb, o birisindən bir neçə məqalə və yaxud çıxışlar. O ki qaldı indiki müxalifətə, Rəsulzadəni özlərinə bayraq seçib, guya onun yolu ilə gedirlər. Onlar çalışmalıdılar ki, Rəsulzadəyə layiq olsunlar, onun əxlaqında olsunlar, onun səviyəsinə yüksəlsinlər. Təəssüf ki, bu, belə deyil. İndiki müxalifətin yarıtmaz fəaliyyəti, siyasi qorxaqlığı, siyasi dayazlığı buna imkan verə bilməz. Onlar Şərqin ilk Cümuriyyətini qurmuş Rəsulzadənin adına kölgə salırlar.
Hakimiyyətdə də yarıtmaz məmur zümrəsi var ki, Rəsulzadənin işıqlı fəaliyyətinə qısqanclığı, nifrəti ilə seçilirlər, ona görə ki, özləri təmiz deyillər. Rəsulzadə isə qeyrətli, təmiz, vicdanlı olub”.

Zərdüşt Əlizadə  Gəncədən olan deputat Naqif Həmzəyevin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlər haqda belə deyib: “Həmin adam elə sözlər deyibsə, o saat bilinir ki, cılız və savadsızdır. Ona görə ki, əvvəlla siyasi xadimə onun siyasi fəaliyyətinə görə qiymət verirlər. Onun arvadına və şəxsi həyatına görə yox. İkincisi isə məgər İrəvan Rəsulzadənin idi ki, o İrəvanı ermənilərə verib? Həmin dövrün vəziyyətini anlamır, bilmədən ağzına gələni deyir. Həmin dövrdə nə Azərbaycan var idi, nə Ermənistan və nə də Gürcüstan. Yalnız dağılmış imperiyanın ucqarlarındakı xarabalıqlar var idi. Burada hərə nəsə iş qurmağa çalışırdı. Rəsulzadənin o zaman nə gücü var idi ki, İrəvanı saxlasın? Yenicə qurulmuş Cümhuriyyət hökumətində hərə bir düşüncədə, bir fikirdə idi. Hələ indikilər Allahlarına şükür etsinlər ki, Rəsulzdə onların 70 il ərzində xırda-xırda, parça-parça verdikləri torpaqları qoruyub saxlaya bilmişdi. Rəsulzadə bir daş qaşı idi. Onun ətrafında olan Yusifbəyli, Topçubaşov, Xasməmmədov da vətəni sevənlər idi. Bu nakam, 23 ay mövcud olmuş və ərazisində işğalçı qüvvələrin olduğu o zamankı hökuməti nədəsə günahlandırmaq olmaz. Baxın, 23 ay ərzində nələr etmədilər… Gərgin vəziyyətdə, işğalçılara sinə gərərək,  dövlət orqanları yaratdıları. Qanunlar qəbul olundu və s.”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın