Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Müxalifət partiyası Ordumuzun Günnüt əməliyyatını alqışladı

Müxalifət partiyası Ordumuzun Günnüt əməliyyatını alqışladı

Xəbər verdiyimiz kimi, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordumuz Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər də daxil olmaqla ümumilikdə 11 min hektar əraziyə nəzarəti bərpa edib.

Bu əlamətdar uğur münasibəti ilə Mia.az-a açıqlama verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib ki, təmsil etdiyi partiya Azərbaycan ordusunun bu uğurunu alışlayır: “ALP ordumuzun bu uğurunu alıqşlayır və hərbçilərimizə yeni qələbələr arzulayır.

ALP hesab edir ki, müstəqillikdən bu yana bir sıra uğursuzluqlara baxmayaraq, Azərbaycan əsgərlərinin işğalçı Ermənistan ordusu ilə müqayisədə döyüş ruhu və mənəvi keyfiyyətləri həmişə yüksək olub. İnanırıq ki, ordumuz yüksək döyüş və ruh qabiliyyəti ilə işğaldakı bütün torpaqlarımızı qısa zamanda azad etmək qabiliyyətindədir”.

Həmçinin oxuyun

Şahnazarovun Qarabağ həqiqəti və erməni yalanlarının ifşası – ŞƏRH

“Rusiya 24″ telekanalında ”Vladimir Solovyovla axşam” verilişinin efirində Dağlıq Qarabağ münaqişəsi yenə də müzakirə edilib. …