Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Müşfiqin abidəsi dağıdılmayıb – FOTO

Müşfiqin abidəsi dağıdılmayıb – FOTO

Mikayıl Müşfiqin Bakının Nəriman Nərimanov prospektində qoyulmuş büstünün dağıdılması ilə bağlı məlumatlara “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli aydınlıq gətirib.

Hafta.az-ın məlumatına görə, Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyni deyib: “Ərazidə abadlıq və yenidənqurma işləri aparılır. Görkəmli şair Mikayıl Müşfiqin abidəsi də həmin əraziyə düşür. Ona görə də aidiyyəti qurumlarla – Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlarla razılaşdırılaraq həmin abidə ziyan dəyməmək məqsədilə götürülərək anbarda saxlanılır. Həmin ərazidə kiçik park var idi. Yenidənqurmadan sonra həmin park daha böyük ərazini əhatə edəcək və abidə yenidən ora qaytarılacaq”.


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti heykəlin dağıdılmadan götürüldüyü barədə şəkillər yayıb.

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın