Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Siyasət / Müsavatın mühacir biznesi – Arif Hacılı

Müsavatın mühacir biznesi – Arif Hacılı

Müsavat başqanı Arif Hacılı partiyanın mühacir biznesi ilə məşğul olması barədə yayılan məlumatlara münasibət bildirib. 

Hacılı 5 il ərzində 197 nəfərə mühacirətə getməsi üçün arayış verdiyini etiraf edib. Divan üzvlərinin, konkret olaraq sabiq başqan müavini Yadigar Sadıqovun mühacir biznesi ilə bağlı ittihamlarına gəlincə, Hacılı özünü haqlı çıxarmağa çalışıb.“Yadigar Sadıqovun bununla bağlı müraciətindən xəbərim yoxdur. 197 nəfərə arayış 5 il ərzində verilib. Müvafiq strukturlara müraciət edib, bu sənədləri əldə etmək mümkündür. Bu məsələlər Müsavat partiyasının daxilində, daxili idarəçilik qaydaları ilə tənzimlənir. Mənə elə gəlir ki, mətbuatda bu tip məsələlərin müzakirəsinə zərurət yoxdur”. 

Qeyd edək ki, sabiq başqan müavini, Divan üzvü Yadigar Sadıqlı Müsavatı şəffaf siyasi təşkilat olmamaqda ittiham edib. Bildirib ki, Hacılının başqanlığı dövründə 197 nəfərə xaricə mühacirətə getmək üçün arayış verilsə də, bu barədə Divan üzvlərinə heç bir məlumat verilməyib. Y.Sadıqlı arayış verilən şəxslərin heç birini tanımadıqlarını söyləyib.

“Dəfələrlə təkif etmişik ki, bu arayışların verilməsini dayandıraq. Partiyanı bu məsələlərdən uzaq tutaq. Hətta Müsavat partiyasının müəyyən müddətə arayış verilməsinə moratorium elan etməsini təklif etmişik. Buna əks arqumet irəli sürürlər ki, partiya üzvünün arayış alma hüququ var. Bildirdik ki, heç bir üzvün hüququ partiyanın imicindən artıq deyil. Buna baxmayaraq, təklifimiz qəbul olunmadı. Biz isə çox da üzərinə gedə bilmirik. Çünki bizlərə şər ata bilərlər ki, hökumət də, siz də bu siyahını öyrənmək istəyirsiniz. Məqsədiniz nədir? Yəni bizi hökumətlə iş birliyində ittiham edə bilərlər”. (Azvision.az)

Həmçinin oxuyun

Səfirlik Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı açıqlama yaydı

Azərbaycanın Rusiyadakı Səfirliyi öz imkanları və səlahiyyətləri çərçivəsində Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün …