Çərşənbə axşamı , Sentyabr 26 2023
Ana səhifə / Siyasət / Müsavatda yeni başqan: İsa Qəmbər qayıdır?

Müsavatda yeni başqan: İsa Qəmbər qayıdır?

Müsavat Partiyasının növbəti qurultayı keçiriləcək. Ali orqan partiyanın rəhbər strukturlarını və yeni başqanını seçəcək.

Yenisabah.az xatırladır ki, Müsavatın sabiq başqanı İsa Qəmbər vəzifəsindən 2015-ci ildə istefa verib. O vaxt partiyadaşı Qubad İbadoğlunun məğlub edən Arif Hacılı Müsavat başqanı seçilib. Arif Hacılı ard-arda iki dəfə – 2015 və 2019-cu illərdə keçirilən seçkilərdə qalib gələrək, 8 il Müsavat Partiyasına rəhbərlik edib. Partiyanın Nizamnaməsinə görə, bir nəfər iki müddətdən artıq sədr seçilə bilməz. Nizamnamə tələbinə uyğun olaraq, Arif Hacılı növbəti qurultayda başqanlığa namizədliyini irəli sürə bilməyəcək.

Aldığımız məlumata görə, Nizamnamədən irəli gələn bu tələb partiyadaxili gərginliyə səbəb olub. Hazırda Müsavat dəhlizlərində ən çox bu sual ətrafında müzakirə aparılır: Yeni başqan kim olacaq?

Partiyadaxili mənbələrdən aldığımız məlumata görə, Müsavat Divanının bir neçə üzvü İsa Qəmbərin yenidən başqanlığa qayıtmasının tərəfdarıdır. İsa Qəmbərin isə bu təklifə soyuq yanaşdığı bildirilir. 68 yaşlı siyasətçi səhhətindəki problemləri əsas gətirərək, namizəd olmaq istəmir. Müsavat dəhlizlərində İsa Qəmbərin bu mövqeyini dəyişməyəcəyinə dair əminlik var.

Müsavat funksionerlərindən biri bizimlə söhbət zamanı Arif Hacılının öz yerinə partiyadakı “bir nömrəli adamı” sayılan Gülağa Aslanlını gətirmək istədiyini deyib. Amma Müsavat Divanının bir neçə üzvü Aslanlının yaşının çoxluğunu və liderlik imkanlarının məhdudluğunu əsas gətirərək, bu qərara qarşı çıxıb.

Son məlumatlara görə, Müsavat elitasında yeni başqanın kimliyilə bağlı vahid mövqe olmadığı üçün rəhbərlik partiyanın növbəti qurultayının vaxtını açıqlamağa tələsmir. Bina rəğmən, Müsavatdakı mənbələr qurultayın bu ilin noyabrında, ən gec gələn ilin yanvarında keçiriləcəyini istisna etmirlər.

Həmçinin oxuyun

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki …