Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Müsavat yürüşü təxirə saldı

Müsavat yürüşü təxirə saldı

Müsavat Partiyası 21 oktyabr yürüşünün təxirə salınması haqda qərar qəbul edib.

Partiyadan “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə cavab olaraq, aksiyanın keçirilməsinə qadağa qoyub.“İcra Hakimiyyəti Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını bəhanə gətirib.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarını qanunsuz və əsassız hesab edir”.

Açıqlamada bildirilir ki, partiya ölkədəki situasiyanı analiz edərək oktyabrın 21-də yürüş keçirilməyəcəyini, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəsini bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdirəcəyini bəyan edir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …