Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Siyasət / Müsavat Partiyası hökumətlə dialoqa niyə getmir? – İsa Qəmbər

Müsavat Partiyası hökumətlə dialoqa niyə getmir? – İsa Qəmbər

“Hakimiyyətin yanaşması belədir ki, siyasi partiyalar fəaliyyətlərini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə əlaqələndirsinlər. Ədalət müəllim bəzi siyasi partiyaların rəhbərləri ilə dövlət başçısının adından əlaqə saxlayır, görüşlər, səfərlər həyata keçirirlər. Məndə olan məlumata görə, son görüşlərdə və səfərdə iştirak üçün Müsavat Partiyasına dəvət göndərilməyib. Doğrudur, hökumət rəsmiləri deyirlər ki, dəvət göndərmişik, amma belə deyil”.

Bunu Müsavat Partiyasının sabiq başqanı, partiyanın Məclis üzvü İsa Qəmbər bildirib.

İ.Qəmbər qeyd edib ki, milli birlik, həmrəylik həddindən artıq önəmlidir: “Ötən il müharibə başlayandan bir neçə saat sonra Müsavat Partiyası bəyanat yaydı, xalqın, ordunun yanında olduğunu bildirdi. Daha sonra isə partiyaların birgə bəyanatı oldu. Müsavat Partiyasının mövqeyi belədir ki, ümummilli məsələlərdə kiminsə dəvətinə, çağırışına ehtiyac yoxdur, hər bir qüvvə bunu ortaya qoymalıdır. Söhbət dialoqdan gedirsə, konkret mövzular olmalıdır. Bəzən 52, bəzən də 48 partiya deyirlər, onların aralarında elələri var ki, unutmuşuq. 1994-1995-ci illərdə qeydiyyatdan keçiblər, sonra yaddan çıxıblar, indi partiyanın rəhbəri də yoxdur, təşkilatda həyat əlaməti qalmayıb. Həmin partiyaların adlarını yazırlar nisbətən tanınan 40-45 partiyanın sırasına. Dialoqun şərtləri əvvəlcədən razılaşdırılmalıdır. Heç bir fəaliyyəti olmayan partiyanın rəhbəri mənim yanımda niyə oturmalıdır?! Mövzuları elə həmişə sənmi təklif edəcəksən? Bəlkə elə mənim də mövzu təklifim var. Ciddi görüşlər keçirmək lazımdır. “Bu bəyanatı imzala”, “Bu mövzuda danış”, filan mövzudan danışma, filan televiziyaya getmə tipli davranışlar dialoq deyil. Bu, əməkdaşlıq deyil, nəzarət mexanizmidir. Özünə hörmət edən partiyalar da bunu qəbul etmək istəmirlər”.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …