Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Müsavat başqanı əfv sərəncamından danışdı

Müsavat başqanı əfv sərəncamından danışdı

Müsavat Partiyasının başqanı Arif Hacılı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, A. Hacılı əfv sərəncamının müsbət bir hal olduğunu qeyd edib:

“Bahar bayramı ərəfəsində belə bir əfv fərmanının verilməsi müsbət bir haldır. Bu ilk növbədə azadlığa çıxan məhbusların ailələrinə bayram hədiyyəsidir. Bütövlükdə siyasi məhbusların azadlığa çıxması ilk növbədə onların ailələri üçün sevincli bir hadisədir. Eyni zamanda onların təmsil olunduğu təşkilatlar, qurumlar, dostları bundan çox sevinəcəklər. Hesab edirəm ki, bu hadisə Azərbaycanın milli maraqlarına uyğun olan bir hadisədir. İstərdim ki, bütövlükdə siyasi məhbus problemi həll olunsun. Çünki siyasi məhbus probleminin mövcudluğu təkcə məhbuslara, onların yaxınlarına, üzv olduqları təşkilatlara yox, eyni zamanda Azərbaycana problemlər yaradır. Ən azı Azərbaycanın milli maraqlarını nəzərə alaraq ölkədə siyasi məhbus problemini birdəfəlik həll etmək, digər siyasi məhbusların da azadlığa buraxılmasını təmin etmək zəruridir”.

Müsavat başqanı bildirib ki, hələ Tofiq Yaqublu ilə danışmayıb. Arif Hacılının sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyi, fəalları Müsavat Pariyasının qərargahında toplaşır. Yəqin ki, biz vəziyyəti müzakirə etdikdən sonra məhbusların qarşılanması və digər məsələləri həll edəcəyik. Tofiq Yaqublu azadlığa buraxıldığı üçün bu gün həyatımın ən sevincli günlərindən birini yaşayıram.

Qeyd edək ki, əfv sərəncamı nəticəsində Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov azadlığa çıxıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın