Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / Musa Quliyev: “5 erməni hərbçisini verməklə, Azərbaycan humanist addım atdı”

Musa Quliyev: “5 erməni hərbçisini verməklə, Azərbaycan humanist addım atdı”

“Ermənistanın davranışının necə olmasından asılı olmayaraq artıq sülh prosesi özünün yekun mərhələsinə yaxınlaşır. Sonuncu Brüssel görüşündən sonra hər iki ölkənin Xarici İşlər Nazirliyinə böyük sülhün layihəsinin hazırlanması üçün tapşırıqlar verildi. Bu da onu göstərir ki, iş artıq öz finişinə yaxınlaşır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bir sıra məqamlara da toxunub:

“Erməni ictimaiyyəti,  erməni siyasiləri, erməni lobbisi, istərsə də xaricdə yaşayan ermənilər dərk etməlidirlər ki, əgər Ermənistan adlı dövlətin mövcudluğunu, eyni zamanda erməni xalqının Cənubi Qafqazda qalıb yaşamağını istəyirlərsə, bunun yeganə yolu Qafqazın titul xalqı olan Azərbaycan və Türkiyə dövlətləri ilə münasibətləri düzəltməkdən ibarət olacaq. Artıq 44 günlük müharibə də bütün nöqtələri necə deyərlər, öz yerinə qoyub. Bundan sonra isə hər hansı revaşist düşüncədə olmaq, yalnız Cənab Prezidentin söylədiyi kimi, Ermənitanın başına yeni bəlalar gətirə bilər. “Dəmir yumruq” da yerindədir, Azərbaycan xalqının iradəsi də yerindədir, ordumuz da yerindədir! Cənab Prezidentin siyasi gücü, iradəsi və məntiqi də yerindədir! Ona görə də, bunlar nə qədər tez ağıllarını başlarına yığsalar, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlasalar, Azərbaycana qarşı əsassız iddialarından əl çəksələr, Zəngəzur dəhlizi daxil olmaqla, bütün kommunikasiyaların açılmasına öz töhfələrini versələr, heç şübhəsiz ki,  bundan daha tez sülh prosesi başa çata bilər. Azərbaycan və Ermənistan arasındakı bu uzun illərin düşmənçiliyinə də son qoyular”. 

“Tarixdə yüz illik müharibələr olub ki, istənilən müharibənin sonu sülhlə bitib və  sülhlə bitəndən sonra da əməkdaşlıq başlayıb. Ermənilər artıq bunu dərk etməlidirlər, ya  da üzü şimala doğru hərəkətlərini davam etdirməlidirlər. Ayrı bir yol yoxdur! Azərbaycan həqiqətən öz humanist addımı atmaqla, növbəti dəfə 5 erməni hərbiçilərini Ali Məhkəmənin qərarı ilə azad etdi və Ermənistana təhvil verilsinlər. Bu, humanist bir addım idi. Amma bunun qarşılığı olaraq ermənilər nə edib? Onlar Laçını minaladılar çıxdılar, Laçını yandırdılar, Kəlbəcəri ondan qabaqkı illərdə yandırdılar, çıxdılar. Bizim I Qarabağ savaşında əsir düşmüş, girov götürülmüş 4 min vətəndaşımız haqqında hələlik məlumat vermirlər. Toplu məzarlar hardadır? Onların içərisində indiyə qədər sağ qalan varmı? Ermənistan tərəfinin də humanist addımları həmişə hesab edirəm ki, bizim atdığımız addımlara adekvat olaraq bu sahədə ola bilər, amma görə bilmirik. Cənab Prezidentimizin dediyi kimi, tezliklə Zəngəzur dəhlizi açılacaqdır, xoşluqla açılmasa da, biz onları məcbur edəcəyik. O yollar açılmalıdır, çünki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında bütün bəndlərin icra olunması üçün iki ölkənin başçısının imzası var və o da icra olunacaq. Necə ki, BMT-nin 4 qətnaməsi 30 il ərzində icra olunmadı, axırda Azərbaycan Ordusu onu icra etdi. Yenə də, lazım olarsa, Azərbaycan Ordusu üçtərəfli bəyanatın bütün bəndlərinin icra olunması üçün öz dəstəyini göstərib, töhfəsini verə bilər”, – deyə deputat sonda qeyd edib.

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …