Cümə , Avqust 14 2020
Ana səhifə / Siyasət / Musa Musayevdən Fəzail Ağamalıya sərt cavab…

Musa Musayevdən Fəzail Ağamalıya sərt cavab…

“Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm”.

Azinforum.az bildirir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib. O əlavə edib ki, 33 illik siyasi karyerasında yalnız və yalnız mərhum Heydər Əliyevi və Prezident İlham Əliyevi dəstəkləyib.

“Mən sadəcə müsahibə zamanı jurnalistin Ramiz Mehdiyevlə bağlı sualını belə cavablandırmışam ki, vəzifədən gedən adamı tənqid etmək, yeni vəzifəyə gələni tərifləmək mənim xarakterimə uyğun deyil. Eyni zamanda vurğulamışam ki, islahatlarla bağlı və korrupsiaya qarşı mübarizədə cənab Prezidentin qarşısını heç kim ala bilməz. Bundan əvvəl isə demişdim ki, 2006-cı il martın 24-də cənab Prezident məni Naftalan İcra Hakimiyyətinin başçısı təyin edəndə Ramiz Mehdiyevlə onun kabinetində görüşüb söhbət etmişəm. Ayrılanda isə demişəm ki, 2005-ci ildə keçirilən parlament seçkilərində mənə maneçilik törətdiyinizi deyirlər. Əlimi stolunun üzərindəki telefonlara uzadaraq əlavə etdim ki, əgər mənə inanmırsınızsa, sizin yanınızda bu sözü deyənlərlə danışım. Ramiz müəllim də cavab verdi ki, Musa, sənə inanıram. Bu gün özünü qəhrəman kimi qələmə verib başqalarını şantaj edənlərin heç birinin cəsarəti çatmazdı ki, Ramiz Mehdiyevin kabinetində cınqırını çıxarsın”, – deyə keçmiş icra başçısı vurğulayıb.

Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müsahibəsində YAP Siyasi Şurasının üzvləri Musa Musayev və Aydın Mirzəzadənin Ramiz Mehdiyevi müdafiə etdiklərini bildirib.

Azinforum.az

Həmçinin oxuyun

Eldar Həsənovu həbsxanaya salan əsl səbəb…

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi …