Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Murad Arif ərəb turistlərini müdafiə etdi: “Onlar mədəni deyil, bəs biz..?”

Murad Arif ərəb turistlərini müdafiə etdi: “Onlar mədəni deyil, bəs biz..?”

Məlum olduğu kimi, son illərdə ölkəmizə çoxsaylı ərəb turistləri axın edir. Lakin ictimaiyyətdə onların gəlişini birmənalı qarşılamayanlar da var. Sosial şəbəkələrdə tez-tez ərəb turistlərinin səliqəsizliyi, bəzi davranışları müzakirə olunmaqdadır. Sənətçi Murad Arif bu cür müzakirələrə çox sərt münasibət bildirib.

O, qeyd edib ki, ölkəmizdə ətraf mühitin təmizliyinə təkcə əcnəbilər deyil, elə yerli vətəndaşlar da riayət etmir: “Sosial şəbəkələrdə olan ölkədəki ərəb turistlərinə qarşı əcaib aqressiya haqda 1-2 kəlmə demək istərdim. Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq? Ərəblər gəlib, bu niyə dərd olur bizə? Onlar mədəni deyil? Biz necə? Çoxmu mədəni davranır bəzilərimiz? Küçəyə tüpürən biz deyildikmi, indiyə qədər? Maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə qadınlara-qızlara söz atan deyildik? İndi ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? “Ay eşşək suyu burax!” yazanda ərəb üçün yazırdıq? 1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır.
Bu ay artıq 4-5-ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram. Turistlər hər yerdədir. Çox şükür”.

Снимок1.JPG (85 KB)

Sənətçi turizm sektorunun inkişafının təsirlərindən də söz açıb: “Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır. Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çips dağıdıb. Təmizlə, yenə “oborot”a ver, qazan də! Oteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlaması ilə çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? “Ver yeyim, ört yatım”la olmur axı”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın