Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Münhendə Azərbaycana dəstək aksiyası – FOTOLAR

Münhendə Azərbaycana dəstək aksiyası – FOTOLAR

Bavariya paytaxtındakı “Azərbaycan Evi”nin təşəbbüsü ilə şəhərin mərkəzi Marienplas meydanında Bavariyada və yaxınlıqdakı federal əyalətlərdə yaşayan həmvətənlərimiz genişmiqyaslı etiraz aksiyası keçiriblər.

Mitinqdə 200-ə qədər şəxsin iştirak etməsinə icazə verildiyinə baxmayaraq, təxminən 500 nəfər gəlmişdi. Buna görə, şənbə günü Berlində keçirilən aksiyada olduğu kimi, öz həmrəyliyini ifadə etməyə gəlmiş azərbaycanlıların çox hissəsi mitinqin keçirilməsinə icazə verilmiş sahənin ətrafında toplaşmışdı. Aksiya iştirakçılarının əsas qrupu aydın intonasiya ilə şüarlar söyləyərkən bura gəlmiş bütün həmvətənlərimiz də onlara qoşulur, Azərbaycan diasporunun səsi bütün şəhərdə əks-səda verirdi.

Yoldan keçənlər ayaq saxlayır, oraya toplaşmış insanların tələbləri ilə maraqlanırdı. Aksiya iştirakçıları – Vətənə sevgi hissinin birləşdirdiyi qocalar və gənclər, qadınlar və kişilər, müxtəlif peşə sahibləri Azərbaycanın Dağlıq Qarabağ regionunda və iki dövlətin sərhədində baş verən hadisələrin mahiyyətini almanlara izah edirdilər.

Mitinqin iştirakçıları bütün Azərbaycan xalqı ilə həmrəy olduqlarını, doğma yurda sevgilərini, dövlətin sərhədlərini müdafiə edən döyüşçülərə minnətdarlıq, həlak olmuş şəhidlərin xatirəsinə hörmət hisslərini ifadə etdilər, Ali Baş Komandanın əmri ilə hər an Vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirdilər.

Mitinqdə diaspor təşkilatlarının rəhbərləri, ziyalıların nümayəndələri, alimlər, tələbələr çıxış etdilər. Türk, qırğız, tatar, qazax, özbək diasporlarının nümayəndələri də azərbaycanlıları dəstəkləməyə gəlmişdi.

Aksiyaya toplaşanlar milli himnlər, hərbi marşlar ifa edirdilər. Mitinqin yekunu kimi dünya ictimaiyyətini erməni təcavüzünü pisləməyə və bu dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağıran müraciət qəbul edildi.

Beləliklə, Münhen aksiyası Azərbaycan diasporunun daha bir nailiyyəti oldu. Bu tədbir tarixi vətəndə yaşayan Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyini nümayiş etdirdi. AzərTac

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …