Ana səhifə / Siyasət / “Müharibəni itirən ordu deyil, dövlət oldu” – Ohanyan
YSU scientific council hosts the RA Minister of Defence Seyran Ohanyan

“Müharibəni itirən ordu deyil, dövlət oldu” – Ohanyan

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Qarabağda atəşkəs qərarının düzgün olduğunu deyib.

Ohanyan Ermənistan və Qarabağ ətrafında kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyətin yarandığını və silahlı qüvvələrin rəhbərliyinin təklifi ilə həmin an müharibəni dayandırmağın düzgün qərar olduğunu vurğulayıb.

“Ancaq müharibəni itirən ordu deyil, dövlət oldu”.

Keçmiş nazir əlavə edib ki, Qarabağla bağlı üçtərəfli bəyanat xoşagəlməz bir sənəddir. Məsuliyyəti Ermənistanın hazırkı rəhbərliyi daşımalıdır.

Ohanyan, həmçinin bildirib ki, hər vəziyyətdə dövlət idarəetmə sisteminin koordinasiyalı işi çətin vəziyyətdən çıxmağın yeganə yoludur.

Bundan əlavə, 17 partiyanın təşkil etdiyi etiraz aksiyasına münasibət bildirən Ohanyan, “xalq izahat tələb edir və mövcud hakimiyyət bunları verməlidir”, deyib. Azvision.az

Həmçinin oxuyun

Paşinyan etiraf etdi: İlham Əliyevin mövqeyi erməni cəmiyyətindən daha vacibdir

Ermənistan növbəti siyasi-ideoloji problemlə üzləşib. Faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd edilir. Ancaq Ermənistan faşist …