Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Manşet / Müharibədən sonra Hitlersayağı radikallar ilk dəfə Almaniya parlamentində…

Müharibədən sonra Hitlersayağı radikallar ilk dəfə Almaniya parlamentində…

“Avropa özünü bu şəkildə qorumaq yolunu tutur”

Yeganə Hacıyeva: “Avropaya üz tutmuş böyük miqrant axınının və bu axının özü ilə gətirdiyi yeniliklərin…”

Almaniyada Bundestaq üzvlərini müəyyənləşdirmək üçün keçirilən seçkilərin nəticəsi məlum olub. Kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası 33 %-lə seçkilərin qalibi olub. Merkel seçkiləri qazansa da, 9 % səs itirib və II Dünya müharibəsindən bəri partiyası ən pis nəticəni göstərib.
Sosial Demokratlar Partiyası 5 % səs itirərək 20%-lə 2-ci yerdə qərarlaşıb, lakin partiya hökumətdə yer almayacağını açıqlayıb və müxalifətə keçəcəyini bildirib. Azad Demokrat Partiyası 10,7 %, Sol Partiyası 9,2 %, Yaşıllar Partiyası isə 8,9 % səs toplayıb.
Seçkilərin ən gözlənilməz nəticəsi isə faşist Almaniya Alternativ Partiyasının 12,6 faiz səslə 3-cü sırada qərarlaşması olub. AAP Adolf Hitler dövründən sonra hakimiyyətdə iştirak edəcək ilk faşist partiyasıdır.
Ölkənin bir çox bölgəsində faşistlərin Bundestaqa daxil olması insanlar tərəfindən narazılıqla qarşılanıb və aksiyalar təşkil edilib. Adolf Hitlerin maliyyə naziri Luts von Kroziqin nəvəsi Biatriks von Ştoriyx isə AAP üzvləri ilə uğurlarını qeyd ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Fransada da analoji hal yaşandı. Ultrasağları təmsil edən namizəd prezidentliyin bir addımlığına kimi irəliləyə bilmişdi.

Ultrasağların Avropada belə fəallaşması nə ilə bağlıdır?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirib  ki, qlobal siyasətdə Trampla başlanan adioz, millətçi-radikal namizədlərin populyarlığı dalğasının Avropada davam etməsinin şahidi oluruq:

“Öncəliklə qeyd etmək istəyirəm ki, Avropada yeni siyasi qüvvələrə hakimiyyətə gəlmək yolunda millətçilik, dini ayrıseçkilik ciddi bir karta çevrilməkdədir. Yeni nəsil siyasilər millətçi mövqe ortaya qoymaqla uğurlar əldə edirlər.
Buna səbəb kimi artıq bir neçə ildir Şimali Afrikadan köç etmiş, Avropa cəmiyyətinə inteqrasiyası mümkünsüz görünən bir neçə milyon ərəb qaçqını probleminin Avropanı silkələməsi və bunun fəsadlarını göstərə bilərik. Avropaya üz tutmuş böyük miqrant axınının və bu axının özü ilə gətirdiyi yeniliklərin yerli cəmiyyətlərdə oturuşmuş dini, mədəni və məişət dəyərlər ilə toqquşması bu cəmiyyətlər uçun xarakterik, ənənəvi liberal düşüncə və dəyərlərin sarsılması ilə, liberal demokratik dəyərlərin radikal millətçi dəyərlərlə əvəzlənməsi ilə müşayiət olunur.
Siyasi qüvvələr isə Avropaya təşrif buyurmuş, humanitar və sosial müavinət hesabına yaşamağa adət edən, çox zaman sığındıqları cəmiyyətlərin mədəni və dini dəyərlərinə aqressiv münasibətli, fərqli mədəniyyət daşıyıcısı olan və bir cox hallarda məhz sığındıqları Avropa dəyərlərinə nifrət edən gəlmələrin yerli cəmiyyətlərdə yaratdığı millətçi ab-havadan və cəmiyyətlərin yuxarıda sadaladığımız nüanslar səbəbi ilə hökumətlərdən narazılıqlarını siyasi alət olaraq istifadə edirlər.
Yerli qanunlara və yerli cəmiyyətlərin dəyərlər toplusu və institutlarına məhəl qoymayan, hörmət etməyən radikal əhval-ruhiyyəli miqrantlar, ard-arda baş verən terror aktlarındakı müsəlman miqrant izləri Avropada özünüqoruma instinkti kimi millətçilik əhvalının baş qaldırmasına, inkşaf etməsinə səbəb olur və bunun məntiqi nəticəsi kimi Avropa ölkələrində millətçilər seçkilərdə önə çıxır. Avropa özünü bu şəkildə qorumaq yolunu tutur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …