Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / “Müharibə və dəhşət uzandıqca Zelenskinin də açıqlamalarında problemlər yaranmağa başlayır”

“Müharibə və dəhşət uzandıqca Zelenskinin də açıqlamalarında problemlər yaranmağa başlayır”

“Rusiyanın Ukraynaya təcavüzü, müharibə uzandıqca Kreml rəsmiləri və təbliğatçıları absurdun dozasını artırırlar, artıq nasist ideoloqları kimi, “yalan nə qədər böyük olsa, ona bir o qədər tez inanacaqlar”, tezisi ilə hərəkət edirlər. Əvvəl təbliğatçılardan yeni nümunə: Dünən Rossiya-24 kanalı Mariupoldan reportaj verir, ilk məktəbin açılışını təqdim edirdilər. Jurnalist və studiyadakı aparıcı bir neçə dəfə təkrar etdilər ki, “nəhayət Mariupola sülh gəldi, uşaqlar məktəbə getməyə başladılar” – adamin əli üzündə qalır, bu əbləhlərə demək lazımdı ki, fevral ayının 24-nə qədər o şəhərdə sülh var idi, 201 orta məktəb, 15 Universitetdə onminlərlə şagird-tələbə təhsil alırdı, şəhərə son 8 ildə (Krım və “DHX-LXR” işğalından sonra) 640 mln. dollar yatırım qoyulmuşdu, Mariupol Ukraynanın ən gözəl şəhərlərindən birinə çevrilmişdi. Sülhə siz son verdiz, şəhəri siz viran qoyduz – indi isə, 1 məktəb açıb, “Mariupola sülh gəldi”, deyirsiniz. Dünən Rusiyanın XİN rəhbəri Lavrov İtaliya mediasına müsahibə verib, bütün dünya səsləndirdiyi iki absurd “tezisi” müzakirə edir, Lavrov deyib ki: 1) Hitlerdə də yəhudi qanı olub, ona görə də Zelenskinin yəhudi olması onun faşist olmadığı anlamına gəlmir, 2) Biz Zelenskidən təslim olmağı tələb etmirik ki, biz ondan müqaviməti dayandırmağı tələb edirik, Ukrayna müqavimət göstərməklə itkiləri, dağıntıları artırır. İkinci Dünya müharibəsi  zamanı nasistlər Leninqrad şəhərini 872 gün blokadada saxlamışdılar. Şəhərə hər gün təyyarələrlə bombalarla yanaşı təbliğat vərəqələri də səpirdilər, mətnlərdə, “təslim olun, müqavimət göstərməyin, komandirləriniz sizi aldadır, Moskva artıq çoxdan işğal olunub”, kimi tezislər yazırdılar. Fotoda həmin vərəqələrdən biri əks olunub – bu gün Rusiyanın “məntiqi” və yanaşması eynidir…”

Bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli əlavə edib ki, müharibə və dəhşət uzandıqca Zelenskinin də açıqlamalarında problemlər yaranmağa başlayır: “Anlayıram, çox böyük psixoloji yük altındadır, amma bəzi məsələlərə daha dərin baxmalıdır: Türkiyəyə deyir ki, sağ olsun, bizə çox kömək edirlər, amma həm də qınayır ki, Rusiyadan da turist qəbul etməyə davam edirlər. Əslində buna görə təşəkkür etməlidir, Rusiyalılar öz ölkəsindən valyuta çıxarıb Türkiyədə xərcləyirlər də, bunun nəyi pisdir ki?! Moskvanın valyutası azalır, bu Ukraynaya sərf edir axı!”

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …