Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / “Müharibə aylarla davam edəcək” – Zərdüşt Əlizadə

“Müharibə aylarla davam edəcək” – Zərdüşt Əlizadə

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, ölkəsi məqsədinə nail olana qədər hərbi əməliyyatlar davam edəcək. Bu isə Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli olacağına dair ehtimalları qüvvətləndirir.

Maraqlıdır, tərəflər arasında nə vaxt sülh əldə olunacaq? Rusiya-Ukrayna müharibəsi aylarla, hətta illərlə davam edə bilərmi?

Politoloq Zərdüşt Əlizadə Yenisabah.az-a açıqlamasında deyib ki, hər iki ölkənin illərlə müharibə etmək imkanı yoxdur:

“Müharibə illərlə yox, aylarla davam edə bilər. Xüsusilə də Rusiyanın müharibə aparmağa imkanı yoxdur. Lakin Rusiya müharibəni aylarla davam etdirəcək. Çünki Rusiyanın siyasi rəhbərliyi qarşısına icrası mümkün olmayan məqsədlər qoyub. Və o məqsədlər beynəlxalq qanunlara və Ukrayna xalqının özəl təməl mənafeyinə ziddir”.

Z.Əlizadə qeyd edib ki, müharibə davam etdikcə, Ukrayna güclü ordusu olduğunu nümayiş etdirir:

“Ukrayna müqavimət göstərir. Müharibə davam etdikcə, sübut edir ki, onun ordusu daha güclüdür. Bu minvalla hadisələr davam etsə, 1 aydan sonra Ukrayna ordusu əks-hücuma keçəcək. İndiyə qədər Ukrayna ordusunun qələbəsinin qarşısını Qərb alıb. Onlar kifayət qədər ağır silah, tank vermirlər. Ukrayna da buna görə hücum edə bilmir. Əgər Ukrayna əks-hücum əməliyyatlarına başlasa, torpaqlarını azad edəcək”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …