Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / “Muğan” Bankda “qoçu dəstəsi” peyda olub

“Muğan” Bankda “qoçu dəstəsi” peyda olub

Amil adlı şəxs kredit borcu olanları təhdid etməklə yanaşı, “razborka”ya da çağırır

“Muğan” Banka kredit borcu olanlar təhdid edilir. Bu barədə JAM.AZ-a kredit borcuna görə hədələnən şəxslərdən biri məlumat verib.

O bildirib ki, bankın Amil adlı əməkdaşı kredit borcu olan şəxslərə telefon (055211 02 11) açaraq, onlardan qısa müddətdə borclarını ödəməyi tələb edir. Bu azmış kimi, həmin şəxsləri hədələyərək, “mənim kim olduğumu bilirsən? Təcili, bu gün krediti ödə, yoxsa başın ağrıyar” deyə sərt cavab verir.

Həmin şəxsin sözlərinə görə, Amil adlı həmin şəxs ona danışıqlarına fikir versin deyə etiraz edənlərə də “xox” gəlir. Həmçinin “razborkaya” çağırtmaqdan da çəkinmir.

Qeyd edək ki, qanunvericiliyə əsasən heç bir şəxs hədələnə, təhdid oluna və şantaj edilə bilməz. Əgər vətəndaşın banka hər hansı bir borcu varsa, bir neçə xəbərdarlıqdan sonra bank məhkəməyə müraciət edərək, problemi yoluna qoymalıdır. Görünür, “Muğan” Bankda qanun-filan sayan yoxdur. Burada “lotu”, “oğru qanunları”ndan geniş istifadə edir. Bu bankın rəsmiləri və işçilərinin vəzifəsi isə müştəri məmnuniyyətinə nail olmalıdır.

Xatırladaq ki, Muğan Bank deputat, rektor Əhməd Vəliyevə məxsusdur.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Bu “qoçu dəstəsi”nin digər üzvlərinin kimliyi barədə geniş məlumat verməyə çalışacağıq.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın