Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Müdir müavininin acınacaqlı ölümünün – Təfərrüatı

Müdir müavininin acınacaqlı ölümünün – Təfərrüatı

“Qaya” Mətbuat Yayımı Marketinq şöbəsinin müdir müavininin acınacaqlı ölümünün təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Fuad Hadıyev sentyabrın 19-da “Xudafərin” şadlıq evində toy məclisindən çıxandan sonra itkin düşüb.

Qohumları və polis tərəfindən aparılan axtarışlar nəticə verməyib.

Virtualaz.org yazıb ki, F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb.

Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları 40 gün qabaq itkin düşmüş F.Hadıyevin meyitini artıq tapıblar. O, sərxoş olub, yolu azıb və dərin bir quyuya düşüb.

Özünə gələndən sonra isə iki qardaşı ilə telefon əlaqəsi saxlayıb. Onlara haradasa dərin bir quyuya düşdüyünü bildirib.

Amma dəqiq ünvanı, harada olduğunu başa sala bilməyib. Onun axtarışlarına başlanılsa da, nəticə əldə edilməyib.

Polis əməkdaşları onun meyitini “Azərsutikinti” xəstəxanasının yaxınlığındakı fərdi torpaq sahəsində qazılmış lift şaxtasında tapıblar. Quyu 5 metr dərinlikdə olub. F.Hadiyevin meyitini sputnik monitorinqinin köməyi ilə aşkarlamaq mümkün olub.

Məlum olub ki, F.Hadiyev qardaşları ilə ilk iki gün ərzində telefon əlaqəsi saxlaya bilib. Sonra isə telefonun batareyası tükənib və əlaqə kəsilib. O da məlumdur ki, F.Hadiyev toydan qayıdanda “Dakar” gecə klubunun müşahidə kameralarına düşüb.Bu klub isə mərhumun düşdüyü quyuya yaxın ərazidədir. F.Hadiyevin qardaşları onun çürüyüb dağılmış meyitini paltarlarından və mobil telefonundan tanıyıblar.

Xatırladaq ki, hadisə Nizami rayonunda Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb. Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə yollanan polis əməkdaşları, liftin boşluğunda meyit aşkarlayıblar. Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng vuraraq kömək istəyiblər. Hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın