Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / MÜDAFİƏ NAZİRLİYİNDƏN DEPUTATA SƏRT CAVAB – “Müharibə elan edilməsi…”

MÜDAFİƏ NAZİRLİYİNDƏN DEPUTATA SƏRT CAVAB – “Müharibə elan edilməsi…”

“Mayın 31-də Milli Məclisin növbəti iclasında deputat Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”, – nazirlikdən qeyd olunub.

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …