Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Cəmiyyət / Müdafiə Nazirliyi şəhid hərbçilərin adlarını açıqlayıb – SİYAHI

Müdafiə Nazirliyi şəhid hərbçilərin adlarını açıqlayıb – SİYAHI

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.

Azinforum.az

Həmçinin oxuyun

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə …

Bir cavab yazın