Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Müdafiə naziri Stanislav Zasla görüşüb

Müdafiə naziri Stanislav Zasla görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətlərin müzakirəsi zamanı dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Həmçinin oxuyun

Fransa XİN: “DQR” rejiminin tanınması heç kimə fayda verməyəcək”

Fransa Senatı bu gün 305 səs lehinə, 1 səs əleyhinə olmaqla qondarma DQR rejiminin müstəqilliyini …