Ana səhifə / Siyasət / Mübariz Qurbanlı da yeni hökumətin tərkibində yoxdur

Mübariz Qurbanlı da yeni hökumətin tərkibində yoxdur

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, fevralın 15-də Nazirlər Kabineti istefa verib. Bu gün isə Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. İindiyədək Komitənin sədri olan Mübariz Qurbanlı yeni hökumətin tərkibində yer almayıb.
Qeyd edək ki, 2000-ci ildən Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsini icra edən Fikrət Məmmədov də bu siyahıda yer almayıb.

Həmçinin oxuyun

Azərbaycanın AŞPA-ya qaytarılması müzakirə olunur

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Avropa Şurası Nazirlər …