Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Siyasət / Mübariz Mənsimov Trampla qalmaqallı görüşündən danışdı: Onları məhkəməyə verəcəm (FOTO)

Mübariz Mənsimov Trampla qalmaqallı görüşündən danışdı: Onları məhkəməyə verəcəm (FOTO)

Azərbaycanlı milyarder Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampla birgə fotoşoplu şəkillərinin yayılmasına münasibət bildirib. 
Mövzu ilə əlaqədar “Deniz Xəbər Agentliyinə” açıqlama verən “Palmali” şirkətinin rəhbəri Mubariz Mənsimov bu cür iddiların onu üzdüyünü qeyd edib:
“Mənim Facebook-da şəxsi hesabım yoxdur. Yalnız şirkətimiz adına açılmış bir dənə rəsmi hesab var. Mənim adıma açılmış onlarla saxta hesab var. ABŞ prezidenti Trampla fotoşoplu şəkilim saxta hesablardan birində paylaşılıb. Azərbaycanda bir iki mətbuat bu xəbərləri saxta hesablardan götürüb və yayımlayıb. Daha sonra şəkillərin fotoşoplu olduğunu ifadə edərək məni tənqid ediblər. ABŞ-ın hörmətli prezidenti Donald Trampla tanışıq. Onun prezident seçilməsindən sonra 20 Yanvar 2017-ci il tarixində baş tutan mərasimdə iştirak etdik. Daha sonra Konqres Mərkəzində verilən qəbula qatıldım. Burada hörmətli prezident Trampla görüşmək imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa bir söhbətimiz olub. Hətta ona ABŞ-da ofis açacağımızı ifadə etdim”, – deyə M.Mənsimov bildirib.
Facebook-da olan profillərlə əlaqəsi olmadığını və onların saxta olduğunu söyləyən iş adamı haqqında yalan yazan mətbu orqanları məhkəməyə verəcəyini bildirib.

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın