Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Mübariz cəbhədəki ermənilərin ürəyini yoxlamalı idi?

Mübariz cəbhədəki ermənilərin ürəyini yoxlamalı idi?

Cəbhədə ölən işğalçı Ermənistan ordusunun əsgərləri üçün humanizm dərsi keçməyə çalışan insanlar ya dar düşüncəlidir, ya da ucuz populizmlə gündəmdə qalmağa çalışır.

Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, Mübariz İbrahimov Milli qəhrəmanımızdır:

“Onu insan öldürməyə görə ittiham etmək humanizm yox, ən azı cəhalətdir. Mübariz İbrahimov evində oturmuş birini öldürməyib. Azərbaycan ərazilərini işğal etmiş, qətliamlar və soyqırım törətmiş ordunun əsgərlərini öldürüb. Ordumuzun əsgərləri işğalçı ordunun əsgərlərini bir-bir təftiş edə bilməz ki, hansının ürəyindən nə keçir, kim bura könüllü gəlib, kimi zorla göndəriblər. Hansı erməni özünü məsum hesab edirsə və öldürülmək istəmirsə, onu Azərbaycan ərazisinə, cəbhə xəttinə göndərən hakimiyyətinə etiraz etsin və bizim torpaqlarımızı işğal altında saxlayan orduda xidmətdən imtina etsin. Əgər hansısa bir insan bizim ərazilərimizi işğal altında saxlayan orduda xidmət keçməyi normal hesab edirsə, onda onun ölümünü də normal qarşılamaq lazımdır”.

A.Aslanlı vurğulayıb ki, bir sahədə yeni nəsə öyrənməyə başlayan dar dünyagörüşə sahib insanların, ya da sırf gündəmdə qalmaq xatirinə sensasiya xarakterli açıqlamalar verənlərin fikirlərinə münasibət bildirməməyə çalışır:

“Hesab edirəm ki, onların fikirlərini uzun-uzadı müzakirə etmək onları məqsədinə çatdırır. Bu cür insanları boykot etməyin tərəfdarıyam. Amma Azərbaycanda son illərdə işğalçı ordunun əsgərlərinin ölməsinə saxta, ya da qüsurlu humanizm duyğusu ilə yanaşanlar artdığı üçün münasibət bildirməyi vacib hesab etdim”. (Axar.az)

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …