Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Müasir Müsavat Partiyasının rəsmi quruma ünvanladığı sənəddə biabırçılıq – FOTO

Müasir Müsavat Partiyasının rəsmi quruma ünvanladığı sənəddə biabırçılıq – FOTO

Müasir Müsavat Partiyası Azərbaycan dili fənnindən 2 aldı… Biraz öncə saytlardan birində Müasir Müsavat Partiyasının mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə yazdığı müraciət məktubu ilə qarşılaşdım və çox təəccübləndim. Məktubda abzas yoxdur, çoxlu hərf səhvləri var (ğ hərfi əvəzinə g hərfi yazılıb), durğu işarələri düzgün qoyulmayıb (vergül əvəzinə nöqtə qoyulub), sözlər düzgün yazılmayıb, bir cümlədə eyni sözdən iki dəfə istifadə edilib, sözlərin və cümlələrin məntiqi ardıcıllığı pozulub. Bakı Şəhər İcra Hakimiyyətinə səhvlərlə dolu belə bir məktubun göndərilməsi gülüncdür. Məktubdakı qüsurların bir hissəsini qırmızı rənglə işarələmişəm. Ümumiyyətlə, belə yazıya orta məktəbdə heç iki də düşmür. Məncə Müasir Müsavat Partiyası Azərbaycan dilini mükəmməl bilən birini təcili olaraq sıralarına dəvət etsə pis olmaz. P.S. Görək BŞİH-də məktubdakı səhvləri görən olacaqmı?

Əliyar İSLAM

Həmçinin oxuyun

Şahnazarovun Qarabağ həqiqəti və erməni yalanlarının ifşası – ŞƏRH

“Rusiya 24″ telekanalında ”Vladimir Solovyovla axşam” verilişinin efirində Dağlıq Qarabağ münaqişəsi yenə də müzakirə edilib. …